Türkiyənin coğrafi bölgələri
Türkiyə regionları — 6 iyun-21 iyun 1941-ci ildə Ankarada toplanan Birinci Coğrafiya Qurultayı tərəfindən təyin olunmuşdur. Qurultay ilk, orta və lisey məktəb tədris planı proqramları ilə dərs kitabları, coğrafiya terminləri və coğrafi adların yazılması, Türkiyə coğrafiyasının ana xəttləri və yerlərin adlandırılması üzərində çalışmaq məqsədiylə toplanmışdı. Bu çalışmanın nəticəsində Türkiyənin üç tərəfinin dənizlərlə çevrilmiş olması, dağların Anadolunun daxili seqmentlərini sahillərdən ayırması, iqlim, nəqliyyat və bitki örtüsü kimi ölçülər diqqətə alınaraq Türkiyənin coğrafi regionları təyin olunmuşdur.
Türkiyə Birinci Coğrafiya Qurultayında Türkiyə coğrafi 7 regiona ve 21 bölməyə ayrılmışdır.
Bu region və bölmələrin Türkiyənin idarə məsləhəti üçün zərrə bir hökmü yox lakin coğrafi elmi məna üçün əhəmmiyətli hökm edər.
== Regionlar və bölmələr ==
Təbiət, bəşəri və ekonometrika xüsusiyyətləri baxımdan sərhədləri daxilində bənzərlik göstəriş eden geniş sahələrə region deyilir. Sərhədləri daxilində bənzərlikləri olan ancaq bölgənin digər yerlərindən fərqli olan kiçik sahələrə isə bölmə deyilir.
Aralıq dənizi regionu:
Antalya bölməsi, Adana bölməsi
Şərqi Anadolu regionu:
Yuxarı Fırat bölməsi, Ərzurum - Qars bölməsi, Yuxarı Murat - Van bölməsi, Hakkari bölməsi
Egey regionu:
Egey bölməsi, Daxili Qərbi Anadolu bölməsi
Cənub-şərqi Anadolu regionu:
Orta Fırat bölməsi, Dicle bölməsi
Mərkəzi Anadolu regionu:
Konya bölməsi, Yuxarı Sakarya bölməsi, Orta Kızılırmak bölməsi, Yuxarı Kızılırmak bölməsi
Mərmərə regionu:
Yıldız bölməsi, Ergene bölməsi, Çatalca - Kocaeli bölməsi, Cənubi Mərmərə bölməsi
Qara dəniz regionu:
Qərbi Qara dəniz bölməsi, Orta Qara dəniz bölməsi, Şərqi Qara dəniz bölməsi
== Regionların ərazisi ==
Göllər daxil olmaqla Türkiyənin yekun ərəzisi 814.578 km².